Ramiz Əzizbəyli yenidən xəstəxanaya yerləşdiriləcək
26 mart 2014 14:30 (UTC +04:00)

Ramiz Əzizbəyli yenidən xəstəxanaya yerləşdiriləcək

0

Novruz bayramı ilə əlaqədar evə buraxılan xalq artisti Ramiz Əzizbəyli sabah səhər saatlarında yenidən Mərkəzi Gömrük Hospitalına yerləşdiriləcək. Bu barədə Lent.az-a xalq artistinin xanımı məlumat verib. O bildirib ki, R. Əzizbəyli evdə olsa da, müalicələrini davam etdirir: “Ramiz bəyi bayramla əlaqədar evə gətirmişdik ki, Novruzu bizimlə bir yerdə qeyd etsin. Sabah səhər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparacağıq. Çünki evdə müalicə etdirmək çox çətindir. Vəziyyəti elə əvvəlki kimidir. Nə pis, nə də yaxşıdır. Hələ də yaddaşında, nitqində problemləri var”.

 

 

Qeyd edək ki, R.Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Martın 18-dən isə Mərkəzi Gömrük Hospitalında müalicəsini davam etdirirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1491

Oxşar yazılar