Ramiz Əzizbəyli Mərkəzi Gömrük Hospitalına yerləşdirildi
18 mart 2014 15:36 (UTC +04:00)

Ramiz Əzizbəyli Mərkəzi Gömrük Hospitalına yerləşdirildi

Xalq artisti Ramiz Əzizbəyli Tibb Universitetinin Tədris Terapevtik Klinikasından çıxarılaraq Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. R.Əzizbəylinin qızı Cəlalə Əzizbəylinin APA-ya verdiyi məlumata görə, aktyorun müalicəsi davam edir: “İki gün əvvəl həkimlər məsləhət gördülər ki, artıq evdə müalicə ala bilər, vəziyyəti stabildir. Amma o, evdə qala bilmədi, daha doğrusu, müalicəsini ev şəraitində apara bilmədik, ona görə də Mərkəzi Gömrük Hospitalına yerləşdirmişik. Əvvəlki klinika ilə aramızda hansısa narazılıq, problem olmayıb. Sadəcə, onlar evi məsləhət gördülər, amma atamın ev şəraitində müalicəsi mümkün olmadı”.

 

C.Əzizbəyli əlavə edib ki, xalq artisti on gün hospitalda yatacaq: “Evə buraxılmaq on gündən tez olmayacaq. Novruzu evdə keçirmək istərdik, amma mümkün deyil. Bizi sevindirən odur ki, atamın nitqindəki rabitəsizlik tam olmasa da, nisbətən aradan qalxıb”.

 

Qeyd edək ki, R.Əzizbəyli beyin insultu diaqnozu ilə fevralın 21-də Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1389
avatar

Oxşar yazılar