Rafiq Hüseynovun ağ ciyərində xərçəng aşkarlandı
20 noyabr 2013 12:11 (UTC +04:00)

Rafiq Hüseynovun ağ ciyərində xərçəng aşkarlandı

0

Xəstəliyimin xaricdə müalicəsi çox bahadır, Almaniyada 120 min manata başa gəlir”


 

Xalq artisti, Azərbaycan Televiziyasının məşhur diktoru Rafiq Hüseynovun ağ ciyərində xərçəng aşkarlanıb. Rafiq Hüseynov APA-ya açıqlamasında bildirib ki, səhhətində problemlər bir həftədir başlayıb: “Təəssüf ki, bu xəbəri sizə inkar edə bilmirəm. Diaqnoz dəqiqdir - ağciyər xərçəngi. Akademik Əhliman Əmiraslanov hər şeyi boynuna götürüb, mənə kömək edir. Bu həftə ərzində bilinəcək ki, bədxassəli şişi kəsib götürmək mümkündür, ya yox...”

 

R. Hüseynov müalicənin Bakıda mümkün olub-olmamasına da aydınlıq gətirib: “Əhliman müəllim deyir, əllərindən nə gəlir edəcəklər. Bütün tibbi avadanlıqlar Bakıda var. Xəstəliyin xaricdə müalicəsi çox bahadır. Almaniyada 120 min manata başa gəlir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2003

Oxşar yazılar