Rafiq Hüseynov: “Saçım tamam tökülüb”
06 mart 2014 12:55 (UTC +04:00)

Rafiq Hüseynov: “Saçım tamam tökülüb”

“Saçım tamam tökülüb, amma səsim əməlli-başlı düzəlir. Mənim üçün vacib olan səsdir, o da bərpa olunur. Buna çox sevinirəm”.


 

Bunu APA-ya açıqlamasında Azərbaycanın xalq artisti, məşhur aparıcı Rafiq Hüseynov deyib.

 

Onun sözlərinə görə, martın 5-də Türkiyədə ikinci kimyaterapiyanı qəbul edib: “Kimyaterapiyanın əsas fəsadı üç-dörd gün sonra olur. Ağrılar, narahatlıq əmələ gəlir. Hələ ki, səhhətim normaldır, özümü fəsadlara hazırlayıram”.

 

R.Hüseynov əlavə edib ki, 21 bir gün fasilə ilə iki kimyaterapiya qəbul etməlidir.

 

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.

 

# 1416
avatar

Oxşar yazılar