Millət vəkili Qənirə Paşayeva "Ağla mənim üçün bu şəhər və sən" albomunun satışından əldə olunacaq vəsaiti Şəhid Anaları Cəmiyyətinə bağışlayıb.
Millət vəkili APA-ya açıqlamasında bildirib ki, bu vəsaitlə cəmiyyətin öz saytını yaratması, şəhidlərlə bağlı bəzi kitab və materialları çap etməsi nəzərdə tutulub.
Q. Paşayeva deyib ki, martın 4-dən etibarən sözləri ona, musiqisi bəstəkar Oqtay Kazımiyə məxsus mahnılardan ibarət "Ağla mənim üçün bu şəhər və sən" albomu satışda olacaq.
Millət vəkilinin sözlərinə görə, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə onun sözlərinə yazılmış mahnılardan ibarət 3 albom hazırlanıb: “ Bunlardan biri olan Oqtay Kazıminin musiqi bəstələdiyi "Ağla mənim üçün bu şəhər və sən" albomu bu il martın 5-də təqdim olunacaq”.