Prezident İlham Əliyev Qəmər Almaszadənin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyi SSRİ xalq artisti Qəmər Almaszadənin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.