Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ V Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin konserti olub. Xalq artisti, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Rauf Abdullayevin dirijorluğu ilə baş tutan konsertdə “Yeni Rusiya” Dövlət Simfonik Orkestri klassik rus və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, xalq artisti, tanınmış pianoçu Murad Adıgözəlzadə orkestrin müşayiəti ilə Ludviq Van Betxovenin “Eqmont” uvertürasını, “Yeddinci simfoniya” və digər əsərlərindən parçaları təqdim edib.
Qeyd edək ki, avqustun 6-dək davam edən festival zamanı “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin daha 3 konserti olacaq.