"Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün Türkiyənin tanınmış sənətçisi Oya Ergünün konsertini keçirib. Lent.az-ın məlumatına görə, birliyin rəhbəri, millət vəkili Qənirə Paşayeva çıxışı zamanı bildirib ki, bu konsert proqramı Heydər Əliyevin 90 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin 95 illik, habelə Azərbaycan Xalq Cümhuriyyəti ilə Türkiyə Cümhuriyyəti arasında imzalanmış və Xalq Cümhuriyyətinin ilk xarici müqaviləsi olaraq tarixə keçmiş “Tarixi anlaşma”nın imzalanmasının 95 illik əlamətdar yubileyi münasibəti ilə “Qarabağdan Anadoluya könül körpüsü” təşkil olunub.
Millət vəkili Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində minlərlə günahsız insanın həyatının məhv olması, özü də daxil olmaqla 100 minlərlə azərbaycanlının yaşadığı ağrı-acılardan, 20 ildən artıqdır ki, öz evinə dönə bilməyən azərbaycanlı qaçqın və məcburi köçkünlərdən də danışıb.
Tədbir çərçivəsində sözləri millət vəkili Q. Paşayevaya, musiqisi Emre Dündara aid "Bir sən bir İstanbul" mahnısına çəkilən klipin ilk təqdimatı da olub.