Dövlət Pantomim Teatrı iyulun 14-də teatr mövsümünə yekun vurur. Teatrdan APA-ya verilən məlumata görə, Nargilə Qəribovanın müəllifi və rejissoru olduğu “Katarsis” tamaşası ilə teatrın yay mövsümü başa çatacaq. Səhnə əsərinin plastik həll üzrə quruluşçu rejissoru Bəxtiyar Xanızadə, rəssamı Sənubər Səmədovadır. İki aktyordan ibarət olan tamaşada rolları Ceyhun Dadaşov və Nargilə Qəribova oynayırlar. Dövlət Pantomim Teatrı yeni mövsümü sentyabrın 20-də Bəxtiyar Xanızadənin “No komment” tamaşası ilə açacaq. Tamaşada Ceyhun Dadaşov, Elnur İsmayılzadə, Bəhruz Vaqifoğlu və başqa aktyorlar rol alacaq.