Ramiz Əzizbəyli pulsuzluqdan xəstəxanaya yerləşdirilmir
20 fevral 2014 13:45 (UTC +04:00)

Ramiz Əzizbəyli pulsuzluqdan xəstəxanaya yerləşdirilmir

Avtomobil qəzası keçirən xalq artisti Ramiz Əzizbəylinin səhhəti daha da pisləşib. Bu barədə Lent.az-a aktyorun xanımı məlumat verib. O, bildirib ki, hazırda R. Əzizbəylinin səhhəti yaxşı deyil: “Artıq bir neçə gündür ki, Ramiz bəy evdə xəstə yatır. Vəziyyəti isə pisdir. Danışa bilmir, ayaqları tutulub, onu ev şəraitində müalicə etmək çətindir. Xəstəxanaya da yerləşdirməyə pul lazımdır, imkanımız yoxdur. Dost - tanışdan borca pul tapa bilsək, sabah, ya da birisi gün xəstəxanaya yerləşdirəcəyik. Kömək üçün heç kəsə müraciət etməyəcəyik. Ramiz belə şeyləri heç vaxt xoşlamayıb. Məhz bu səbəbdən də kiməsə deməmişik. Həkimlər də gəlib baxır. İndi onun vəziyyətinin necə olacağını da bilmirik”.

Xatırladaq ki, R. Əzizbəyli avtomobil qəzasını fevralın 9-da Yasamalda, öz məhəllələrində edib.  

 

Qeyd edək ki, o, 1948-ci il iyulun 20-də Bakıda doğulub.

 

 

 

# 3875
avatar

Yalçın UĞUR

Oxşar yazılar

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

İsveçrə “Avroviziya-2024”ün qalibi oldu

12 may 2024 , 02:54
“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

“Avroviziya-2024”ün finalı başlayıb - CANLI

11 may 2024 , 23:10
"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

"Həftə səkkiz mən doqquz" - Belə yaranıb

11 may 2024 , 19:24
Əfsanəvi ABBA  geri qayıdır

Əfsanəvi ABBA geri qayıdır

10 may 2024 , 15:27
“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

“Avroviziya-2024”də bütün finalçılar bəlli oldu

10 may 2024 , 01:41
"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

"Yaralarla yaşamaq xəstəlikdir" - Xalq artisti

9 may 2024 , 15:43
Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

Maykl Cekson məşhur rəqsini azərbaycanlılardan “oğurlayıb”

9 may 2024 , 15:00
Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü  veriləcək

Bu mədəniyyət xadimlərinə prezidentin fərdi təqaüdü veriləcək

9 may 2024 , 11:26