Oda Teatrında yeni tamaşa göstəriləcək. Bu barədə Lent.az-a teatrın rəhbəri Elmin Bədəlov məlumat verib. Onun sözlərinə görə, tamaşa “Arzular bağı” adlanır: “Azərbaycanda ilk dəfə səhnələşdirilən eyniadlı tamaşanın müəllifi Pərviz Bəşərdüstdür”.
Tamaşanın rejissoru İmam Gassan, bəstəkarı Ayaz Qəmbərlidir. Tamaşadakı rolları əməkdar artist İlqar Cahangir və aktyor Rauf Şahsuvarov ifa edəcək.
Tamaşa dekabrın 21-22-də, saat 19:00-da nümayiş olunacaq. Biletin qiyməti 5 manatdır. Biletləri əldə etmək və ünvanı tapmaq üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq olar.
Tel: 050 394 48 64 və 070 219 83 33