Heydər Əliyev Sarayında ənənəvi olaraq növbəti Novruz şənliyi keçiriləcək. Sarayın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçiriləcək şənlik ən maraqlı və ən geniş Novruz şənliyi olacaq.
23 – 24 mart tarixlərində keçirilməsi nəzərdə tutulan şənlik üçün azyaşlı tamaşaçılara yeni və maraqlı proqram hazırlanıb. “Kosa və Keçəlin Novruz şərgüzəştləri” adlı konsert
proqramında ölkəmizin ən tanınmış uşaq kollektivləri iştirak edəcək.
Bundan başqa, hər il olduğu kimi Novruzun sevilən personajları Kosa və
keçəl, Bahar qız şənliyin əsas simaları olacaqlar.
Uşaqlar üçün bir çox sürprizlərin nəzərdə tutulduğu konsert üçün biletlər artıq satışdadır. Biletlərin qiyməti 5-15 manat arasındadır.
Konsert saat : 13:00 –da başlayacaq.
Biletlər şəhərin kassalarında satılır. Əlaqə telefonları: 498-84-70, 598-
17-72 (74)
Konsertin informasiya dəstəkçiləri LENT.AZ informasiya agentliyi, Kaspi və Mədəniyyət qəzetləri, Kanal-S televiziyasıdır.