Xalq artisti Nisə Qasımova Qarabağ bölgəsində konsert proqramlarına start verib.
Lent.az-ın məlumatına görə, Nisə Qasımova və Müdafiə Nazirliyinin həyata keçirdiyi konsert Milli Qurtuluş Gününə həsr olunub. İlk konsert Azərbaycan Sərhəd Qoşunlarının Füzuli rayonunun Horadiz şəhərində yerləşən “N” saylı hərbi hissəsində keçirilib. Müğənni zabit və əsgərləri bayram münasibətilə təbrik etdikdən sonra sevilən mahnılarını oxuyub. Tədbirdə millət vəkili Bahar Muradova, Füzuli Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər. Konsertin açılışında çıxış edən millət vəkili hərbçiləri təbrik edərək, xalq artistinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Nisə xanımın bayram konserti Qarabağ bölgəsində iyunun 16-dək davam edəcək.

Nisə Qasımova Qarabağ bölgəsində konsert turuna çıxıb
Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06