“Hər yarpaq bir sözümüz” adlanan kitab “Qanun” Nəşrlər Evində işıq üzü görüb.
Lent.az-ın məlumatına görə, kitabda oxucular müəllifin şair Musa Yaqubun poemaları barədə geniş şərhləri, düşüncələri ilə tanış ola biləcəklər.
Üç bölümdən ibarət kitabda həmçinin ictimai-siyasi məzmunlu publisistik yazılar, kiçik həcmli hekayələr də yer alıb. Yazılarda müasir Azərbaycan mediasına ekspert münasibəti, Qarabağ həqiqətlərini əks etdirən ideoloji-vətənpərvərlik ruhlu mübarizəmizin inikası, eləcə də görkəmli ictimai xadimlərin, əsl söz və sənət fədailərinin xidmətlərinin dəyərləndirilməsi öz əksini tapıb.
“Hər yarpaq bir sözümüz” jurnalist-publisist Nəzirməmməd Zöhrablının müəllif kimi ikinci, həmmüəllif kimi beşinci kitabıdır. 500 nüsxə ilə çap olunan kitabın redaktoru gənc yazar Zaur Qəriboğlu, korrektorları Sevinc İbrahimqızı və Gülbahar Qurbanovadır.