Mədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabr ayında turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya almış şirkətlərin adını açıqlayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, bununla da respublikada xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən turizm şirkətlərinin sayı 272-ya çatıb.
Lisenziya almış şirkətlər bunlardır:
1. “Tour De Vorld" Məhdud Məsuliyyətli Cəmiyyəti
2. "ABDU-TRAVEL" Məhdud Məsuliyyətli Cəmiyyəti
3. "Flay-İnn" Məhdud Məsuliyyətli Cəmiyyəti
4. "Five Star Travel" Məhdud Məsuliyyətli Cəmiyyəti
5. "Air Tour" Məhdud Məsuliyyətli Cəmiyyəti
6. "Crystal Travel" Məhdud Məsuliyyətli Cəmiyyəti
7. "Royal Travels and Services" Məhdud Məsuliyyətli Cəmiyyəti
Bundan başqa Mədəniyyət və Turizm Nazirliyi tərəfindən noyabr ayı ərzində daha 5 mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə lisenziya verilib. Beləliklə, respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərin sayı 306-a çatıb.
- Fiziki şəxs Mütəllimov Namiq Ramiz oğluna. Bakı şəhəri "Qız Qalası" mehmanxanası
- Fiziki şəxs Muradov Namiq Feyruz oğluna, İsmayıllı rayonu "Məhsul" istirahət mərkəzi
- "İnter Peşəkar İdman Klubu" Məhdud Məsuliyyətli Cəmiyyətinə, "İnter Otel Grand Prospect" mehmanxanası, Bakı şəhəri
- "Semerana-Qəbələ" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Qəbələ rayonu, Vəndam qəsəbəsi, "Semerana" istirahət mərkəzi
- Fiziki şəxs Səfərova Ulduz Səfər qızına, Zaqatala şəhəri, "Grata" mehmanxanası