Filarmoniyanın direktoruna <span style="color:red;">ŞİDDƏTLİ TÖHMƏT  verildi
21 dekabr 2015 18:27 (UTC +04:00)

Filarmoniyanın direktoruna ŞİDDƏTLİ TÖHMƏT verildi

 

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda Dövlət Filarmoniyasının idarə olunmasında ciddi nöqsanlara da yol verildiyi aşkarlanıb. Belə ki, Filarmoniyada şuraların iclaslarının keçirilmədiyi, kollektivlərin repertuarının yenilənmədiyi, bilet satışının lazımi səviyyədə olmadığı, ölkənin regionlarında konsertlər təşkil olunmadığı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün müvafiq işlər görülmədiyi, tədbirlər haqqında ictimaiyyətin əvvəlcədən lazımi səviyyədə məlumatlandırılmadığı diqqətə çatdırılıb.

 

Bu səbəbdən nazir tərəfindən  mədəniyyət müəssisəsinin fəaliyyətini lazımi səviyyədə qura bilmədiyinə, vəzifəsinə məsuliyyətsiz yanaşdığına və nazirliyin qərarlarının icrasını təmin etmədiyinə görə Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadəyə şiddətli töhmət verilib. 

 

Məruzələr və çıxışlardan sonra Azərbaycan Dövlət Filarmoniyasının 2012-2015-ci illər ərzində fəaliyyəti ilə bağlı kollegiyanın qərarı qəbul edilib.

Bundan başqa,  fəaliyyətsizliyə və vəzifə səlahiyyətlərinin öhdəsindən gəlmədiyinə görə direktor müavini Afət Məlikova ciddi xəbərdarlıq edilib.

 

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin direktoru Şükür Səmədova, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin direktoru Nazilə Yaqubovaya, Dövlət Xor Kapellasının direktoru Xurşid Abdullayevaya, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktoru Elçin Abbasova, Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Zahir Qasımova xəbərdarlıq edilib.

 

Kollegiyada qəbul olunan qərarların icra vəziyyətinə 6 aydan sonra yenidən baxılması ilə bağlı tapşırıqlar verilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 264
avatar

Oxşar yazılar