BP şirkətinin sponsorluğu ilə Milli Tarix Muzeyi və Milli İncəsənət Muzeyinə 10 günlük sərbəst giriş kampaniyası keçirilir.
BP-dən APA-ya verilən məlumata görə, kampaniyanın keçirilməsində məqsəd məktəbliləri, tələbələri və qonaqları Azərbaycan tarixi və mədəniyyəti ilə daha yaxından tanış etməkdir.
Şirkətdən bildiriblər ki, açıq qapı günləri İncəsənət Muzeyində yanvarın 2-dən 12-dək, Tarix Muzeyində isə yanvarın 7-dən 17-dək keçiriləcək.