Bu gün Beynəlxalq Muğam Mərkəzində "Sülhməramlı və Dost ölkələri" adlı konsert keçirilib. APA məlumatına görə, tədbir Koreya Respublikasının Azərbaycandakı səfirliyi və SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən təşkil olunub.
Konsertdə koreyalı sağlamlıq imkanları məhdud olan musiqiçilər tamaşaçılara Koreya milli musiqi əsərlərini və klassik musiqi əsərlərini (Rossini, Brams, Bartok, Gerşvin, Çaykovski) ifa ediblər.
Koreya musiqiçiləri Azərbaycan ifaçıları ilə bir yerdə Azərbaycan milli musiqi əsərlərini də ifa ediblər.
İyunun 25-də Koreya musiqiçiləri “Ümid yeri” xeyriyyə cəmiyyətində də konsert verəcəklər.