İyulun 6-da Müasir İncəsənət Mərkəzində “Sarı Məlumat Səhifələri -(SMS)” adlı sərgi açılacaq. Mərkəzin yaradıcı direktoru Bəhram Xəlilovun APA-ya verdiyi məlumata görə, Azərbaycan Rəssamlar İttifaqının, Müasir İncəsənət Mərkəzinin və Birləşmiş Rəssamlar klubunun təşkilatı ilə açılacaq sərgi Azərbaycanda ilk belə sərgidir: “Öz janrında belə bir sərgi Azərbaycanda ilk dəfə açılır. Sərginin əsas mahiyyəti sərgiyə gələn hər bir kəs sarı vərəqlər özlərinin mədəniyyət haqqındakı fikirlərini yazacaq və onlar üçün xüsusi hazırlanmış lövhədən asacaq. Sərginin sonunda isə lövhəyə quraşdırılmış işıqlar yandırılacaq və həmin yazılardan ibarət bir şəkil formalaşacaq”. B.Xəlilov layihənin ideya müəllifləri arasında alman rəssam David Qoldenberqin olduğunu da qeyd edib.