Moskvada Əlimərdan bəy Topçubaşovun yubileyinə elmi konfrans həsr olunub
30 may 2013 06:28 (UTC +04:00)

Moskvada Əlimərdan bəy Topçubaşovun yubileyinə elmi konfrans həsr olunub

 Rusiya paytaxtında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Lomonosov adına Moskva Dövlət Universitetini tarix fakültəsi ilə birgə təşkil etdiyi konfransda Azərbaycan və Rusiya politoloqları, tarixçiləri, və elm adamları iştirak ediblər.


Konfransı giriş sözü ilə açan ÜAK-ın icraçı direktoru İlqar Hacıyev Azərbaycanın yeni tarixinin görkəmli nümayəndələrindən biri olan Əlimərdan bəy Topçubaşovun ölkəmizdə demokratik dəyərlərin formalaşmasında rolundan danışıb. ÜAK-ın müşaviri, tarix elmləri namizədi Manaf Ağayev isə tarixi şəxsiyyətin həyat və fəaliyyəti barədə məruzə ilə çıxış edib.

 

Azərbaycanın mühacirət tarixinin tədqiqatçısı, keçmiş diplomat Ramiz Abutalıbov Heydər Əliyevin 1993-cü ildə Fransa paytaxtına ilk rəsmi səfəri zamanı ilk parlamentimizin sədri Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət etməsini xatırladaraq, şəxsi arxivindən iki nadir fotoşəkli – Əlimərdan bəy Topçubaşovun Parisdəki iş kabinetində və Məmmədəmin Rəsulzadənin Ə.Topçubaşovun dəfnində çəkilmiş fotoşəkilləri ÜAK-a təqdim edib.
 

MDU-nun tarix fakültəsinin dekan müavini Aleksey Vlasov, universitetin İnformasiya-Təhlil Mərkəzi baş direktorunun müavini Aleksandr Karavayev, Nikolay Baybakov Fondunun sədri Aleksandr Romaşin, Rusiya Yazıçılar İttifaqının üzvü Lyudmila Lavrova Əlimərdan bəy Topçubaşovun Şərq və Avropa mədəniyyətlərinin xüsusiyyətlərini birləşdirərək Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlər əsasında təşəkkül tapmasındakı xidmətlərindən, onun həyatının Rusiya ilə bağlı məqamları barədə danışıblar. Onlar şərqdə ilk demokratik respublikanın yaradılması təkcə Azərbaycan tarixinin deyil, Rusiya tarixinin də parlaq səhifələrindən olduğunu söyləyiblər.

 
Konfrans iştirakçılarının fikrincə, ötən əsrin əvvəllərində Rusiya imperiyasının parçalanması və yeni müstəqil dövlətlərin yaranması dövrü yetərincə tədqiq olunmayıb.

 
Sonda ÜAK-ın İdarə Heyətinin üzvü Nemət Nağdəliyev çıxış edərək Azərbaycan ilə Rusiya arasında dostluq münasibətlərinin möhkəmlənməsində xidmətləri olan bir sıra şəxslərin ÜAK-ın Heydər Əliyev adına mükafatına layiq görüldüyünü bildirib. Mükafata layiq görülənlər arasında MDU-nun tarix fakültəsinin dekan müavini Aleksey Vlasov da olub. ÜAK-ın nümayəndəsi Heydər Əliyev adına mükafatı Aleksey Vlasova təqdim edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21