Prezident İlham Əliyev Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb.
Lent.az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, prezident Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Teatr Xadimləri İttifaqının təklifləri nəzərə alınmaqla, Azərbaycanda peşəkar milli teatrın 140 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməsi üçün sərəncam verib.