Akademik Milli Dram Teatrı 141-ci teatr mövsümü “Xanuma” tamaşası ilə bağlanacaq. Lent.az-ın məlumatına görə, teatr heyəti 141-ci mövsümdə sonuncu dəfə 9 iyul saat 19.00-da sevənləri ilə görüşə gələcək.
Onu da əlavə edək ki, teatrda cari mövsüm ərzində biri dövlət sifarişi ilə, 9-u isə daxili imkanlar hesabına olmaqla 10 yeni tamaşa hazırlanıb.