Məşhur cazmen Bakıda konsert verdi
31 oktyabr 2015 00:14 (UTC +04:00)

Məşhur cazmen Bakıda konsert verdi

Oktyabrın 30-da Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Heydər Əliyev Sarayında amerikalı saksafonçu Çarlz Lloyd Bakıda ilk dəfə öz kvarteti ilə çıxış edib.

 

Lent.az-ın  “azərtac”-a istinadən xəbərinə görə, Çarlz Lloyd və onun kvarteti klassik və müasir caz kompozisiyaları ifa ediblər. Saksafonçu və fleytaçı Çarlz Lloyd karyerasının əvvəlində etnik musiqi və akustik cazın sintezi ilə məşğul olub. “Charles Lloyd Quartet” etno-caz kollektivi ötən əsrin 60-cı illərinin ən yaxşı pop və rok qrupları ilə çıxış edib.

 

Çarlz Lloyd 1966-cı ildə “qızıl” kvartetini yaradıb. Kollektiv dünyanın 40-dan çox ölkəsində konsertlər verib. 1965-ci ildə “Downbeat Magazine” jurnalı Çarlz Lloydu ən yaxşı yeni caz ifaçısı, iki ildən sonra isə ilin caz artisti adlandırıb. Çarlz Lloydun qrupu San Fransiskoda “Fillmore Auditorium” zalında çıxış edən ilk caz kollektivi olub. 1966-cı ildə “Monterey Jazz Festival”ında canlı olaraq yazdırılan albom "qızıl" statusu qazanıb və bir milyondan artıq tirajla satılıb.

 

Çarlz Lloyd 70-ci illərdə musiqi səhnəsini tərk edib. 1981-ci ildə keçirdiyi kliniki ölümdən sonra musiqiyə qayıdıb. O, bu dəfə istedadlı pianoçu Mişel Petruççiani ilə birgə çıxış edib. Görkəmli sənətkar 75 yaşını 2013-cü ildə Metropoliten muzeyinin Dendur məbədində və Kennedi Mərkəzindəki zalda konsertlərlə qeyd edib. O, 2015-ci ildə “Jazz Masters Award” mükafatına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 327

Oxşar yazılar

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28
Yayda izləyə biləcəyiniz  5 film   -VİDEO

Yayda izləyə biləcəyiniz 5 film -VİDEO

5 iyun 2025 , 19:07