Türkiyənin Aksaraya şəhərindəki Ulu camənin minbərinin 1998-ci ildə oğurlanmış qapıları İnterpol xətti ilə tapılaraq, ölkəyə qaytarılıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, bu haqda Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.
«Ulu camə Aksaraydakı ən qədim məsciddir. Təəssüf ki təxminən min il öncə düzəldilən bu qapılar oğurlanaraq, ölkədən çıxarılmışdı. 15 il bu tarixi inci ölkədə və xaricidə axtarıldı»-deyə, nazirliyin mətbuat katibi Ömər Çelik bildirib.
Mənbə xatırladıb ki, qara ağacdan oyma qapılar səlcuqların dövründə (XI-XIII) düzəldilib. Qapılar ölkəyə qaytarıldıqdan sonra onların Ankarada etnoqrafik muzeyə qoyublar.
Nazirliyin əməkdaşları qapıların gətirildiyi ölkənin adını deməkdən imtina edib.
Qurumdan bildirilib ki, son 10 ildə Türkiyəyə 4 indən artıq tarixi incəsənət əsəri qaytarılıb. Onların arasında Lidiya çarı Krezin xəzinəsindən olan sancaqdır. Onu bu ilin martında Almaniyada tapıblar. Mütəxəssislər bunun milyonlarla dollar qiyməti olduğunu söyləyirlər.