Arxeoloqlar Meksikada asteklərin basdırdığı itin skeletini aşkarlayıb.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, xəbəri «Assoşieyted press» yayıb.
Mənbə bildirib ki, meksikalı alimlər həmin qəbirdən 12 it skeleti aşkar edib.
Araşdırmaçıların qənaətincə, belə dəfn dini inancla bağlı olub.
Asteklər ölənin ruhunun bələdçisinin itlər olduğuna inanırdı.