Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən xəbərinə görə, fərman əsasən, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi” təsdiq edilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin aparatının işçilərinin say həddi 23 ştat vahidi müəyyən olunub.
Nazirlər Kabineti, Ədliyyə, Mədəniyyət və Turizm nazirlikləri fərmandan irəli gələn məsələləri həll etməlidirlər.