Lütfiyar İmanovun 85 illiyi qeyd ediləcək
22 aprel 2014 11:23 (UTC +04:00)

Lütfiyar İmanovun 85 illiyi qeyd ediləcək

Aprelin 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cüzeppe Verdinin “Aida” operasının tamaşası nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tamaşa görkəmli müğənni, SSRİ xalq artisti Lütfiyar İmanovun 85 illiyinə həsr edilib. L. İmanov uzun illər teatrın səhnəsində bu operada aparıcı partiyalardan birini - Radamesı ifa edib.
 

 

Dünya opera sənətinin ən populyar əsərlərindən biri olan bu tamaşada əsas rolları teatrın gənc solistləri Çinarə Şirin (Aida), əməkdar artist Səbinə Vahabzadə (Amneris), Anton Ferştandt (Ramfis) və başqaları canlandıracaqlar. Tamaşada azərbaycanlı vokal ustaları ilə yanaşı, Gürcüstandan dəvət edilmiş solistlər – Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvili və əməkdar artist, Vokalçıların Bülbül adına II Beynəlxalq Müsabiqəsinin laureatı Sulxan Qvelesiani da çıxış edəcəklər. Əsəri Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 527
avatar

Oxşar yazılar