Litva prezidenti azərbaycanlı müğənni ilə görüşdü
04 iyul 2014 12:30 (UTC +04:00)

Litva prezidenti azərbaycanlı müğənni ilə görüşdü

0

“Xalq ulduzu” yarışmasının yaddaqalan iştirakçılarından olan müğənni Kamil Cəfərovun ötən gün Litvada keçirilən “Baltika 2014” Beynəlxalq folklor festivalındakı çıxışı maraqla qarşılanıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki, Litvanın mədəniyyət nazirindən sonra ölkə prezidenti xanım Dalya Qribauskayte onlarla görüşüb: “Litvada “Qarabağ muğam” üçlüyünün gözəl çıxışı oldu. Belə ki, məni Ramin Rüstəmov, kamançada İlxas Məmmədov müşayiət edirdi. Konsertin ilk günündə litva nazirlə görüşdük. Ondan sonra isə Litvanın prezidenti bizimlə görüşdü. Ümumiyyətlə festivalla bağlı təəssüratlarımız çox yaxşıdır. Müsabiqə çərçivəsində hələ Litvanın ayrı-ayrı şəhərlərində çıxışlarımız olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2036

Oxşar yazılar