Leonardo di Kaprio gənc aktyorlara məsləhət verdi
06 avqust 2019 16:49 (UTC +04:00)

Leonardo di Kaprio gənc aktyorlara məsləhət verdi

0
Məşhur Hollivud ulduzu Leonardo di Kaprio kino sahəsinə yenicə ayaq basmış aktyorlara dahi sənətkarlarla bir səviyyədə qalmaq üçün mümkün qədər çox filmlərə baxmağı məsləhət görüb.
 
Lent.az-a AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə aktyor “Daily Mirror” qəzetinə müsahibəsində deyib.
 
“Mən deyərdim ki, filmlərə baxın, onları təhlil edin. Özünüzü ən yaxşıları ilə müqayisə edin və yolunuzu seçin”, - aktyor vurğulayıb.
 
Hollivud ulduzu onu da qeyd edib ki, o, hər dəfə kinoya baxır və bu sahənin nə qədər irəli getdiyinə heyran qalır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1123

Oxşar yazılar