Lənkəranda «Mədəniyyət haqqında» tədbir
24 may 2013 03:27 (UTC +04:00)

Lənkəranda «Mədəniyyət haqqında» tədbir

Mayın 23-də Mədəniyyət və Turizm Nazirliyinin cari ilin birinci yarısı üçün iş planına əsasən, Lənkəranda Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayon mədəniyyət və turizm şöbələri rəhbərlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.

 

Lent.az-ın Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinə istinadən məlumatına görə, seminar-müşavirənin iştirakçılarına “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları barədə ətraflı məlumat verilib, ötən il dekabrın 21-də qəbul olunan bu sənədin mədəniyyət işçiləri arasında geniş təbliğ edilməsi və icrasının daim nəzarətdə saxlanılmasının zəruriliyi vurğulanıb.


Seminar-müşavirədə mədəniyyət və turizm sahəsində qəbul edilən dövlət proqramları və normativ aktların bölgələrdə icrası vəziyyəti də müzakirə olunub.

 

Regionlarda mədəniyyət sahəsində mövcud problemlər və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb, ölkəmizdə mədəniyyət sahəsində aparılan islahatlar haqqında ətraflı məlumat verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 609
avatar

Oxşar yazılar