Köhnəqalada çəkilən film beynəlxalq festivallarda
06 iyun 2013 13:18 (UTC +04:00)

Köhnəqalada çəkilən film beynəlxalq festivallarda

Tanınmış Azərbaycan rejissoru Rodion İsmayılovun çəkdiyi “Moya rodnya” (Doğma ocaq) filmi bir neçə beynəlxalq festivalın mükafatçısı olub. Bu barəfə Lent.az-a filmin prodüsseri Xaqani Həşimov bildirib.

Onun dediyinə görə, film Moldovada keçirilən “Cronograf” XI Beynəlxalq Sənədli Filmlər Festivalında da (International Documentary Film Festival Cronograf) uğur qazanıb.
Film Tovuz rayonunun Köhnəqala kəndində çəkilib.

Filmin qəhrəmanı Lolitanın anası rus, atası isə azərbaycanlıdır. 10 yaşlı Lolita ilk dəfə Azərbaycana gəlir. Burada gördükləri, doğmalarının münasibəti, adət-ənənələr, gözəl təbiət onun xatirəsində unudulmaz izlər buraxır.

Filmin rejissoru Rodion İsmayılov, operator Mixail Qorobçuk, bəstəkar Vladimir Kuptsov, montaj edən Svetlana Lyadvina, prodüserlər Rodion İsmayılov, Svetlana Dalskaya, Elçin Musaoğlu, Xaqani Həşimovdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768
avatar

Oxşar yazılar