Fransanın Kann şəhərində 66-cı beynəlxalq kinofestival keçirilir. Mayın 15-də başlanan kino bayramı çərçivəsində Kannın məşhur Kruazet xiyabanındakı festival şəhərciyində Azərbaycan pavilyonu da açılıb. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan tərəfi festivala getməzdən əvvəl artıq 30-a yaxın şirkətlə danışıqlar aparıb. Orada keçirilən görüşlərdə çəkilən filmlərin Avropada yayımlanması, hazır vəziyyətdə olan filmlərin reproduksiyası barədə müzakirələr olub. Bununla yanaşı, "Azərbaycanfilm" kinostudiyasının qurulmasında qabaqcıl şirkətlərin təcrübəsindən yararlanmaq və onlarla yaradıcılıq əlaqəsi kimi məsələlər barədə də fikir mübadiləsi aparılıb".
2014-cü il Azərbaycan kinosunda müştərək filmlərin çəkilməsi üçün əlamətdar il olacaq. Müştərək çəkiləcək filmlərin mövzuları bizim kinorejissorlarla müzakirə olunduqdan sonra seçim ediləcək.