İsveçin müvəqqəti işlər vəkili Musiqili Teatrda olub
11 dekabr 2015 16:54 (UTC +04:00)

İsveçin müvəqqəti işlər vəkili Musiqili Teatrda olub

 

İsveç Krallığının Bakıdakı Müvəqqəti İşlər Vəkili Tomas Danestad Azərbaycan Dövlət Musiqli Teatrında olub. Teatrdan Lent.az-a verilən məlumata görə, cənab Tomas Danestadı Dövlət Musiqli Teatrının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevlə görüşüb. Əvvəlcə qonaq Musiqili Teatrın binası ilə – ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə aparılan təmir işlərindən sonra burada tamaşaçılar və teatrın kollektivi üçün yaradılan şəraitlə tanış olub. T. Danestad Ə. Lalayevə teatrda yaradılan şəraitin yüksək səviyyədə olduğunu və çağdaş dünya standartlarına tam cavab verdiyini bildirib.

Görüşdə iki ölkə arasındakı mədəni əlaqələr də müzakirə edilib. Ə. Lalayev Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin ölkə teatr sənətinin, ümumilikdə Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün çox mühüm işlər gördüyünü vurğulayıb. Teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı mötəbər qonağın diqqətinə çatdırılıb. Habelə görüş zamanı bir sıra tövsiyə xarakterli təkliflər səsləndirilib. Söhbət zamanı iki ölkə dramaturqlarının əsərlərinin səhnələşdirilməsi, rejissor və aktyorların müvafiq olaraq Azərbaycana və İsveç Krallığına dəvət edilərək səhnə əsərlərinə quruluş verməsi və iştirakı ilə bağlı məsələlərə, qarşılıqlı səfər və qastrolların təşkilinə toxunulub. Ə. Lalayev 130 illik yubileyi qeyd edilən dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının azərbaycanlı mütəxəssislər tərəfindən İsveç teatrlarından birində hazılanmasını təklif edib. İsveç Krallığının Bakıdakı müvəqqəti işlər vəkili T. Danestad bunun çox dəyərli bir ideya olduğunu və bu ideyanın baş tutması üçün çalışacağını bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 230
avatar

Oxşar yazılar