İsrafil İsrafilovun vəzifəsinə xitam verilib?
30 dekabr 2015 14:30 (UTC +04:00)

İsrafil İsrafilovun vəzifəsinə xitam verilib?

 

“İsrafil İsrafilovun vəzifəsinə xitam verilməsi haqqında məndə məlumat yoxdur. Bu, yalnız Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətində olan bir məsələdir”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı bildirib. 

 

Bir müddətdir ki, İ. İsrafilovun direktor vəzifəsindən azad edilməyini istəyən aktyorlar isə arzularına çatdıqlarını deyirlər. Əməkdar artist Füzuli Hüseynov İ. İsrafilovla 3 aylıq müqavilə bağlandığını xatırladıb: “Əlbəttə ki, bizim etirazlarımızdan sonra onu işdən çıxara bilməzdilər. Çünki başqa teatrın aktyorları da analoji addım ata bilərdi. Buna görə də onunla üç aylıq müqavilə imzalandı. Düşünürəm ki, bu elə onun yavaş-yavaş işdən azad edilməsi demək idi”.

 

Xatırladaq ki,  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İ.İsrafilovla Mədəniyyət və Turizm Nazirliyi arasında bağlanmış müqavilənin müddəti bu gün başa çatır.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Vüqar Şıxəmmədov "Report"a açıqlamasında bildirib ki, kadrlarla bağlı hər hansı dəyişiklik baş verərsə, bununla bağlı nazirliyin rəsmi saytı vasitəsilə ictimaiyyətə məlumat veriləcək.

 

Qeyd edək ki, 2015-ci il avqustun 31-də Mədəniyyət və Turizm Nazirliyi Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilovla olan müqaviləni ilin sonunadək yeniləmişdi.

Xatırladaq ki, İ.İsrafilov 2010-cu ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru təyin edilib.

 

Akademik Milli Dram Teatrına yeni direktorun nə zaman təyin ediləcəyi hələlik məlum deyil.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 456

Oxşar yazılar

Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38
Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

Allahverdi Yolçuyevə iş tapıldı - ÖZÜ DANIŞDI

26 iyul 2025 , 11:34
Qədim Romada xəyanət edən qadına  hansı cəza verilirdi? - Qan donduran FAKTLAR

Qədim Romada xəyanət edən qadına hansı cəza verilirdi? - Qan donduran FAKTLAR

25 iyul 2025 , 20:15