İrəvan Dövlət Azərbaycan Dram Teatrı bölgələrdə səfərdədir. Bu barədə APA-ya teatrın truppa müdiri Xəqani Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda Saatlı rayonunda olan teatr kollektivi səfər çərçivəsində İftixar Piriyevin “Qurtuluş dastanı” əsəri əsasında eyni adlı tamaşanı nümayiş etdirəcək: “Qurtuluş günü münasibətilə hazırlanan tamaşa təkcə Saatlıda deyil, iyunun 5-də İmişlidə, iyunun 12-də Sabirabadda, iyunun 13-də Neftçalada, iyunun 14-də isə Cəlilabad rayonunda nümayiş olunacaq”.
Heydər Əliyevin bədii obrazını İftixar Piriyevin canlandıracağı tamaşada rolları xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artist Vaqif Kərimov, aktyorlar Əjdər Zeynalov, Niyaməddin Səfərəliyev, Elmira Şahbazova və başqaları ifa edəcək.