Məşhur gürcü teatr rejissoru, bir sıra beynəlxalq mükafatlar laureatı, SSRİ-nin xalq artisti Robert Sturua Azərbaycan Dövlət Musiqili Teatrında olub. Teatrdan lent.az-a verilən məlumata görə, o, teatrın bir qədər əvvəl təmirdən çıxmış binası ilə tanış olub, rejissor və aktyorlara yaradılmış şəraitlə söhbət edib.
Teatrın direktoru Əliqismət Lalayevlə görüşdən sonra R. Sturua yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirildiyini deyib. Gürcü aktyor ilə Musiqili Teatr arasında gələcək əməkdaşlıqla bağlı ilkin razılaşma əldə olunub.