
Gürcüstanı Türkvision yarışmasında Marneuli sakini təmsil edəcək
Marneulidə Türk Musiqi Birliyi (TMB) televiziyası və Marneuli Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyəsi ilə 19-21 noyabr tarixində Kazanda keçiriləcək Türkvision yarışması üçün Gürcüstan təmsilçisi seçilib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu gün seçim turunun yekununda Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Topçişvili, Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Gürcüstan barış və vətəndaş bərabərliyi dövlət nazirinin Kvemo-Kartli üzrə müşaviri Zaur Darğallı çıxış edərək sentyabr ayının 25-26-27-də Marneuli, Dmanisi, Rustavi, Qardabanidən olan gənc istedadlar arasında müsabiqədə qalib gələn gənclərə yekun turunda uğurlar arzulayıblar. Sonra münsiflər heyətinin rəhbərliyi ilə Nəriman Nərimanov adına Mədəniyyət Evində təmsilçi seçimi üçün yekun konserti baş tutub. Sonda yekun turunda 10 nəfər gənc istedad arasından 20 yaşlı gənc müğənni Aysel Məmmədova Kazanda yarımfinal və final yarışmasında iştirak etmək üçün Gürcüstan təmsilçisi seçilib.
Yarışma qalibi Aysel Məmmədova jurnalistlərə açıqlamasında bu qələbəyə hələ də inanmadığını, amma onunla seçim turunda yarışan gənc müğənni həmkarları arasından onu seçdikləri üçün münsiflər heyətinə təşəkkür edib, Kazanda keçiriləcək Türkvisiyon yarışmasında qələbə əldə etmək üçün ciddi çalışacağını bildirib.
Münsiflər heyətinin Azərbaycandan olan üzvü, bəstəkar-prodüsser İsa Məlikov jurnalistlərə açıqlamasında yekun turunda güclü səsli iştirakçılar olduğunu bildirib və müsabiqənin Türkdilli xalqlarının arasında böyük əhəmiyyət kəsb etdiyini və azərbaycanlı gənc müğənni qızın Gürcüstanı təmsil etməsinin sevindirici olduğunu qeyd edib.
Qeyd edək ki, Kazanda keçiriləcək Türkvision yarışmasında 24 türkdilli ölkə iştirak edəcək. Gürcüstan Türkvision yarışmasında keçən il də iştirak edib və yarışmada Gürcüstanı Marneuli sakini Eynar Balakişiyev təmsil edib.
Oxşar yazılar

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06
Məmməd İsmayıl xəstəxanaya yerləşdirildi: Yemək yemir
4 iyul 2025 , 14:56Məşhur Hollivud ulduzu vəfat etdi
3 iyul 2025 , 21:52
Direktorun nakişi hərəkətinə görə ərim başını vurub yardı - Əməkdar artist Zemfira Sadıxova
3 iyul 2025 , 13:03
Türkiyədə yaşayan azərbaycanlı rəssam vəfat etdi
1 iyul 2025 , 17:27
İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq
30 iyun 2025 , 12:00
Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi
29 iyun 2025 , 12:11