2007-ci ildə Muğam müsabiqəsinin diplomantı olan gənc xanəndə Rəna Mehmanqızının (Qafarova) ifa etdiyi mahnı beynəlxalq müsabiqədə mükafatlandırılıb.
R. Mehmanqızı Lent.az-a bildirib ki, ifa etdiyi “Dərdimin dərmanı” adlı lirik mahnı Türkiyədə keçirilən Beynəlxalq Bəstəkarlar Müsabiqəsində mükafata layiq görülüb:
“Gənc bəstəkar Rübail Əzimov müəllifi olduğu bu mahnını oxumağı mənə təklif etdi, oxudum və çox uğurlu alındı. Mahnının sözləri də bəstəkara məxsusdur.
Prodüser Rauf Sahiboğlu mahnıya klip çəkilməsini təklif etdi. Bu işi rejissor Nail Naiboğluna həvalə edəcəyəm. Onun işlərini izləyirəm, çox bəyənirəm.
Qeyd edək ki, xanəndə böyük muğam ustalarıyla yanaşı, estrada mahnılarını da dinlədiyini bildirib. O, bu sahədə bəyəndiyi müğənnilərin olduğunu söyləyib.