Bu gün xalq artisti Fəxrəddin Manafovun ad günüdür.
Axşam.az-ın məlumatına görə, aktyorun 60 yaşı tamam olur.
Fəxrəddin Manafov 1955-ci ildə Xankəndidə anadan olub. 1975-1980-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1971-1974-cü illərdə A.M.Şərifzadə adına Aktyor evində kinomexanik, 1976-1978-ci illərdə Tədris teatrında aktyor kimi fəaliyyət göstərib. 1989-1993-cü illərdə "Yuğ" Dövlət teatrında aktyor işləyib. 1978-ci ildən bu günədək Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında aktyor kimi filmlərə çəkilib.
1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülub.
Bir çox filmlərdə rol alıb. Ən sevilən obrazı isə "Təhminə" filmindəki Zaurdur.

Fəxrəddin Manafovun yubileyidir
Oxşar yazılar

Ölənə qədər özləri haqqında şok həqiqətləri gizlədən 10 ULDUZ
19 iyun 2025 , 13:41
"Netflix"də ən çox izlənən filmlər -VİDEO
18 iyun 2025 , 18:55
Kennedilər ailəsinin faciəvi sevgi hekayəsindən film çəkilir
18 iyun 2025 , 15:29
“Vaxt gələcək, fəxri adlar ləğv ediləcək” - Əbülfəs Qarayevlə MÜSAHİBƏ
17 iyun 2025 , 14:16
İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO
16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO
12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film - VİDEO
12 iyun 2025 , 10:14