APA-nın “Kommersant”a istinadən verdiyi məlumata görə, “Tvoy dom” (Sənin evin) adlı telekanalın efiri əsasən təmir və tikintiyə həsr olunacaq.
Telekanal peyk və kabel şəbəkələri vasitəsi ilə yayımlanacaq.
S. Kojevnikovun sözlərinə görə, “Tvoy dom” böyük ehtimalla “Crocus Group”a daxil olacaq. Telekanaldan “Crocus Group”a daxil olan eyniadlı gipermarketlər şəbəkəsinin tanıdılması üçün də istifadə olunacaq.