Əməkdar artist Zaur Əmiraslanov beynəlxalq dərəcəli qrossmeyster Vüqar Həşimovun xatirəsinə mahnı həsr edib. Lent.az-a açıqlama verən müğənni bildirib ki, sözləri Cabir Novruz, musiqisi Oqtay Kazımiyə məxsus olan "Əlvida" adlı mahnını mərhumun ruhunu yad etmək üçün yazdırıb: “Dünyasını dəyişmiş Vüqar Həşimovun xatirəsinə Azərbaycanda bir çox yarışlar keçiriləcək. O, ölkəmizin adını dəfələrlə yüksəklərə qaldırmış bir şəxs idi. Mən də onun ruhunu şad etmək istədim”.
Qeyd edək ki, Vüqar Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub. O, 11 yanvar 2014-cü ildə beyin xərçəngindən müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib.