İyunun 23-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında bolqar yazarı Stanislav Stanilovun “Mafiozun operası” əsəri əsasında hazırlanmış eyniadlı kriminal-komediyanın premyerası olacaq.
Teatrın direktoru Ədalət Hacıyevin APA-ya verdiyi məlumata görə, rejissoru xalq artisti Aleksandr Şarovski olan tamaşada rolları əməkdar artist Məbud Məhərrəmov, Natalya Şarovski, Salman Bayramov və başqaları ifa edəcək: “Tamaşanın rəqs hissələrini dəvətimizlə Azərbaycan Dövlət Rəqs Ansamblının üzvü, əməkdar artist Nigar Rzayeva ifa edəcək”.