Dövlət Gənc Tamaşaçılar Teatrı bölgələrdə...
04 iyun 2013 17:19 (UTC +04:00)

Dövlət Gənc Tamaşaçılar Teatrı bölgələrdə...

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səfərə hazırlaşır. Teatrın yaradıcı heyəti  bölgələrə yola düşəcək. Bunu Lent. az-a  teatrın mətbuat xidmətindən bildiriblər.

Yaradıcı heyət iyulun 1-dən 7-ədək Şamaxı, Ağsu, Kürdəmir, Göyçay, Ağdaş, Ucar, Zərdab, Ağcabədi, Saatlı, Sabirabad və İmişli rayonlarında olacaq. Həmin rayonlarda M.F.Axundzadənin “Hekayəti xırs quldurbasan” tamaşası oynanılacaq.

 

Qeyd edək ki, tamaşada əsas rolları Nübar Novruzova, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Qurban İsmayılov, Nofəl Vəliyev, Vahid Əliyev, Şövqi Hüseynov,  Asya Atakişiyeva, Elnur Kərimov və başqaları ifa edəcəklər.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814
avatar

Oxşar yazılar