Daha bir müstəqil teatr yarandı – <span style="color:red;">Andeqraund stildə
12 oktyabr 2015 17:30 (UTC +04:00)

Daha bir müstəqil teatr yarandı – Andeqraund stildə

Oda Teatrının rəhbəri Elmin Bədəlov daha bir müstəqil teatr təsis edib. Lent.az-ın məlumatına görə, teatr rəhbəri ölkə mədəniyyətinə daha bir yenilik gətirmək üçün ADO adlı teatr açdığını deyib.

 

Onun sözlərinə görə, yeni teatrın yaxın günlərdə açılışı da olacaq: “Bu teatr üçün artıq yeni stildə bir tamaşa da hazırlamışıq. Teatrın açılışı günü həmin tamaşanın premyerasını da edəcəyik. Premyara 3 gün – 16, 17, 18 oktyabrda baş tutacaq”.

 

Yeni yaranan ADO Teatrının təsisçi və bədii rəhbəri Elmin Bədəlov onu da bildirib ki, Azərbaycanda bu səpkili teatr yoxdur və təzə tamaşa ölkədə böyük diqqətə səbəb olacaq: “Oda Teatrı ölkədəki teatrlara alternativ idisə, ADO bütün teatrlara, o cümlədən ODA-ya da alternativ olacaq. Çünki bu teatrın öz xətti, özünəməxsus tamaşaları olacaq ki, bu da Azərbaycanda bir ilkdir. Bu teatrda artıq tamaşaçı da tamamilə hadisələrin içində daxil ola biləcək. Biz qabaqcadan elan edirik ki, ADO-ya gələnlər istənilən hadisə ilə qarşılaşa bilərlər. Bu baxımdan səhifəmizdə teatr haqda yayacağımız elanları diqqətlə izləsinlər. Eyni zamanda yeni teatr yaratmaqla ölkədə müstəqil teatr ənənəsi formalaşdırmaq istəyirik. İndi artıq təkcə ODA yox, onunla bərabər ADO teatrı olmaqla ölkədə 2 müstəqil teatr olacaq. Həm də müstəqil teatrlar arasındakı rəqabət ODA-nın da inkişafına kömək edəcək". 

 

Qeyd edək ki, ADO teatrının qurulmasına sentyabrın 1-dən start verilib. Yeni teatrın yaranmasında artıq 3 ildir fəaliyyət göstərən ölkənin ilk və yeganə müstəqil teatrı olan ODA-nın dəstəyi olub. Elə bu səbəbdən də yeni teatrın adı ODA Teatrının adının tərsinə olaraq ADO qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249

Oxşar yazılar

İnsanları tanımağınıza  kömək edəcək 5 film  -VİDEO

İnsanları tanımağınıza kömək edəcək 5 film -VİDEO

16 iyun 2025 , 12:13
Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

Səsi Londondan gələn Ayan: balaca barmaqların uğuru -VİDEO

12 iyun 2025 , 21:18
Ailə ilə izləmək üçün 5 film  - VİDEO

Ailə ilə izləmək üçün 5 film - VİDEO

12 iyun 2025 , 10:14
Qadınlar haqqında 7 serial  -VİDEO

Qadınlar haqqında 7 serial -VİDEO

11 iyun 2025 , 18:16
Rüstəm Behrudinin şeiri məşhur türk serialında  - VİDEO

Rüstəm Behrudinin şeiri məşhur türk serialında - VİDEO

11 iyun 2025 , 13:06
“Çaqqal günü” romanının müəllifi  vəfat etdi

“Çaqqal günü” romanının müəllifi vəfat etdi

10 iyun 2025 , 00:04
Dahilərdən pul haqqında 10 sitat

Dahilərdən pul haqqında 10 sitat

9 iyun 2025 , 16:09
Ancelina Colinin  az tanınan maraqlı filmləri

Ancelina Colinin az tanınan maraqlı filmləri

7 iyun 2025 , 14:28