Arxeologiya və Etnoqrafiya İnstitutunun Muğan-neolit ekspedisiyası Cəlilabad rayonunda arxeoloji tədqiqat işlərini başa çatdırıb. Lent.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən verdiyi xəbərə görə, ekspedisiyanın rəhbəri, tarix üzrə elmlər doktoru Tufan Axundov tədqiqat işlərinin rayonun Üçtəpə kəndi ərazisində aparıldığını bildirib.
Burada Polutəpə qədim yaşayış yerində 6 min bundan əvvələ aid maddi-mədəniyyət nümunələri-kərpicdən tikilmiş bina qalıqları, saxsı qablar, kiçik ölçülü fiqurlar aşkar olunub.