Dekabrın 16-da Dövlət Gənc Tamaşaçılar Teatrında əməkdar incəsənət xadimi, bəstəkar Fərəc Qarayevin 70 illik yubileyinə həsr olunan tədbir keçiriləcək.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Zamanla üz-üzə” layihəsinin birinci mərhələsi olan tədbir çərçivəsində “Eşqə səyahət” mono-operası nümayiş etdiriləcək.
Tamaşanın rejissoru Gürcüstanın əməkdar incəsənət xadimi Gela Kandelaki, dirijoru Vladimir Runçak, rəssamı Elene Murdjikneli, solisti Fəridə Məmmədovadır.
Teatrdan bildiriblər ki, soprano və kamera orkestri üçün yazılan mono-opera XX əsrin şairlərinin şeirləri əsasında hazırlanıb.