
Bəhram Osmanovun “Varislər”i
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tatar dramaturqu İ.Zeyniyevin “Burqanın evi” pyesinin motivləri əsasında “Varislər” tamaşasının məşqlərinə başlanıb.
Teatrdan Lent.az-a verilən məlumatda deyilir ki, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur. Tamaşanın tərtibatçı rəssamları Reyhan Aslanova və Əhməd Nəbiyevdir, plastik həll Ceyhun Dadaşova, musiqilərin seçimi Şamxal Novruzluya aiddir. Tamaşada əsas rolları Xalq artistləri Nübar Novruzova, Qurban İsmayılov, Əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Çarhanlı, Elnur Kərimov, Nəsibə Eldarova, İlham Əsədov, aktyorlar Manaf Dadaşov, İlqarə Tosova, Xalidə Şərifova, Gülbəniz Lətifova, Simuzər Ağakişiyeva, Yasəmən Məmmədova canlandıracaqlar. Ailə-məişət mövzusunda olan əsər əbədi və bəşəri mövzulara orijinal yanaşma sərgiləyir.
Pyesin ilk oxunuşunda quruluşçu rejissor Bəhram Osmanov bu cür əsərlərə müraciətin mühüm olduğunu vurğulayıb: “Ötən ilin yay aylarında bu dramaturqun yaradıcılığı ilə ətraflı tanış oldum, ardıcıl bir neçə pyesini oxudum. Və “Burqanın evi” əsəri mənə son dərəcə ciddi təsir etdi. Yəni burdakı müasirlik, həm də müəllifin türk olması, məhz türk mentallığı içərisindən bəşəri problemlərə yanaşaması məni xeyli düşündürdü. İ.Zeyniyevin özünəməxsus yazı manerası, sadə dialoqlar vasitəsiylə dərin ağrılı problemləri önə çəkməsi məni rejissor kimi cəlb etdi. Əslində bu problemlər - varislər, atalar-oğullar məsələsi zaman-zaman sənətin müraciət etdiyi, gündəmə gətirdiyi mövzulardır. Və mənə elə gəlir ki, dünya nə qədər qabağa getsə də, sənət bu məsələləri düşünəcək, öz baxış bucağından təqdim edəcək”.
Oxşar yazılar

"Azdrama"da "Baş" tamaşasına ictimai baxış oldu
24 iyun 2025 , 19:23
Yuxunuzu qaçıracaq 5 QORXULU film - VİDEO
24 iyun 2025 , 15:55
Məhəlləmizdə heç vaxt özgə qızın üzünə baxmazdılar, qeyrət var idi - Çingiz Fərzəliyev
24 iyun 2025 , 15:40
Qorxu, həyəcan, dram - sizi həyəcanlandıracaq 5 film -VİDEO
24 iyun 2025 , 15:10
Ermənilər “Qal, sənə qurban”ı da oğurladılar, Youtube-dən silindi
23 iyun 2025 , 15:26
Xalq artisti Valentina Talızina vəfat etdi
21 iyun 2025 , 13:25
Kino axşamı üçün 5 maraqlı film - VİDEO
21 iyun 2025 , 09:50