Bakıda Rusiya Günü qeyd edilib
11 iyun 2013 21:38 (UTC +04:00)

Bakıda Rusiya Günü qeyd edilib

Bakıda Rusiya Federasiyanın dövlət bayramı Rusiya Günü ilə münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə xarici ölkələrin səfirləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Azərbaycan və Rusiyanın dövlət himnlərin səsləndirilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qonaqları salamlayaraq bu gün qeyd olunan bayramın tarixindən danışıb: “Rusiya çətin bir yolu qət etdi. Lakin biz doğru yoldayıq. Ölkə inkişaf edir, həyat səviyyəsi qalxır”.

 

İkitərəfli əlaqələrə toxunan səfir bu mənada ümummilli lider Heydər Əliyevin  Rusiyaya tarixi səfərini xatırlatdı və qeyd etdi ki, Rusiya Azərbaycanla bu  əlaqələri inkişaf etdirməkdə maraqlıdır.

 

Daha sonra çıxış edən Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəz Qarayev səfiri və onun timsalında bütün rus xalqını prezident İlham Əliyev və hökumət adında Rusiya günü ilə təbrik edib. Çıxışda Ə.Qarayev vurğulayıb ki iki ölkə bir taleyi ilə bağlıdır: “Bu gün bu bayramı qeyd etməklə biz məmnuniyyətlə qeyd edirik ki, ötən illər ərzində Azərbaycan və Rusiya inkişaf yolunda səylər göstərib”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 907
avatar

Oxşar yazılar