Bakıda Mövlana işığına toplaşdılar
17 dekabr 2012 13:15 (UTC +04:00)

Bakıda Mövlana işığına toplaşdılar

Bakıda Mövlana Cəlaləddin Ruminin vəfatının ildönümü münasibətilə “Mövlana Mənəviyyatının İşığında” adlı geniş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin təşkilatı ilə keçirilən tədbirdə birlik sədri Sevinc Əzimbəyli çıxış edərək, bütün Türk İslam dünyasının sevimlisi, eşq pərvanəsi olan Allah dostu Mövlanə xəzinəsinə üz tutduqlarını bildirib.

 

Rəhbərlik etdiyi birliyin yarandığı gündən ölkədə milli və mənəvi dəyərlərin təbliğ olunması yolunda ardıcıl olaraq sistemli şəkildə maarifləndirmə işi apardığını deyən Sevinc Əzimbəyli bildirib ki, bugünkü tədbirin əsas məqsədi Mövlana irsindən bəhrələnməkdir.

 

Tədbirdə Türkiyə səfirliyinin nümayəndələri çıxış edərək, Mövlana şəxsiyyətindən danışıb, böyük Mövlana dünyasından və onun ibrət dolu mübarək kəlamlarından söz açıblar.

 

Həmin gün Türkiyəli ilahiyyatçı  Hüseyn Algülün yenicə işıq üzü görmüş “Kərbəla Qanayan Yara Ürək Sızladan Faciə” adlı kitabının təqdimatı da keçirilib. Əsərin elmi redaktoru, təqdimat müəllifi Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli bu kitabın gerçək Kərbəla hadisəsinin, İmam Hüseyn qiyamının doğuran səbəbləri eləcə də şəhadətinin fəlsəfəsi mövzusunda ölkə müsəlmanlarının maarifləndirilməsi yolunda olduqca tutarlı elmi-dini mənbə olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1381

Oxşar yazılar

Kefinizi açacaq 5  məzəli film   -  VİDEO

Kefinizi açacaq 5 məzəli film - VİDEO

17 iyul 2025 , 19:46
Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

Azərbaycanın əməkdar incəsənət xadimi vəfat etdi

17 iyul 2025 , 16:25
Özünüzü  tapmağa   kömək edəcək  6 film   -  VİDEO

Özünüzü tapmağa kömək edəcək 6 film - VİDEO

16 iyul 2025 , 17:16
Çətin dövrlərdə sizi rahatlaşdıracaq  5 film   -  VİDEO

Çətin dövrlərdə sizi rahatlaşdıracaq 5 film - VİDEO

16 iyul 2025 , 15:33
Gənc yazıçı motosiklet qəzasında  ağır yaralandı - FOTO

Gənc yazıçı motosiklet qəzasında ağır yaralandı - FOTO

16 iyul 2025 , 11:25
Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51