Dekabrın 7-dən 11-dək Nizami Kino Mərkəzində Meksika Kinosu Günləri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, Azərbaycan və Meksika arasında mədəni əlaqələri möhkəmləndirmək, tədbirin keçirilməsindən məqsəd Azərbaycan tamaşaçısını qədim və zəngin keçmişə malik Meksika kinosunun yeni nümunələri ilə tanış etməkdir.
Kino Günləri çərçivəsində 7 dekabr saat 19:00-da “Səfil həyat”, 8 dekabr saat 12:00-da “Makario”, 9 dekabr saat 12:00-da “Ümid var”, 10 dekabr saat 12:00-da “Varislər”, 11 dekabr saat 12:00-da isə “Mirvari” bədii filmləri tamaşaçılara təqdim ediləcək.
Meksika filmləri Azərbaycan dilinə Lider televiziyası tərəfindən dublyaj olunub. Filmlərin nümayişlərinə giriş sərbəstdir.
Qeyd edək ki, Meksika Kino Günləri Mədəniyyət və Turizm Nazirliyi ilə Meksika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir.